Putinin “danışan dili” koronavirusa yoluxub

Dünya

12.05.2020 - 17:52

Məlumatı Peskov özü təsdiqləyib: “Xəstəxanadayam”

 

Kremlin mətbuat katibi Dmitri Peskovun koronavirus test nəticələrinin müsbət olduğu barədə məlumat yayılıb. AYNA xəbər verir ki, məlumatı Rusiyanın “İnterfaks” xəbər agentliyi paylaşıb.

 

Peskovun özü bu barədə məlumat verdiyi deyilir: “Xəstələnməyim barədə məlumatlar doğrudur. Artıq xəstəxanaya yerləşdirilmişəm”.

 

Lakin məsələ ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Müəllif: Ayna.az