Mövlud Çavuşoğlu: "Rusiya və Ukrayna liderlərini Türkiyədə görüşdürmək səylərimiz davam edir"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiya-Ukrayna böhranının həllinə yardım siyasətini davam etdirdiyini deyib. AYNA-nın xəbərinə görə, nazir bildirib ki, Türkiyə hər zaman böhran hallarını aradan qaldırmaq mövqeyində olub.
"Rusiya və Ukrayna liderlərini Türkiyədə görüşdürmək səylərimiz davam edir. İstənilən nəticənin hazırda əldə olunmamasına təəssüflənirik", - XİN başçısı söyləyib.