Putin və Zelenski arasında telefon danışığı olub

Dünya

26.11.2019 - 00:55

Həkimlər Klinikalar SEO Xidməti

Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub

 

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında telefon danışığı olub.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

 

İki ölkə liderləri telefon danışığı zamanı Rusiya tərəfindən saxlanılan məlum üç hərbi gəminin qaytarılması ilə bağlı vəziyyətə toxunublar. Bundan başqa, tərəflər arasında qaz problemi mövzusu da müzakirə edilib.

 

Danışıqlar zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılışdırılıb.

 

Qeyd edək ki, dekabrın 9-da Parisdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Normandiya formatında dövlət başçılarının görüşü keçiriləcək.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş