Ərdoğan Rusiya Prezidentinin müqavilənin uzadılmasına razı olduğunu açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin “Taxıl sazişi”nin uzadılmasına razılıq verib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva sazişin sonuna qədər gələcək addımlarını hazırlayır.
Qeyd edək ki, Rusiya tərəfi tələblərinin yerinə yetirilmədiyi üçün müqavilənin müddətinin uzadılmasına razı olmadığını açıqlamışdı.
Xatırladaq ki, “Taxıl sazişi” 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb. Sazişin icrasının koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.