Putin: “Rusiya cəbhəyə Ukraynadan iki dəfə çox əsgər göndərir”

Dünya

14.05.2025 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiyada insanlar könüllü olaraq müharibəyə gedirlər”

“Rusiya Federasiyası cəbhəyə Ukraynadan iki dəfə çox hərbi qulluqçu göndərir”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Delovaya Rossiya”nın nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna hakimiyyəti “məcburi səfərbərlik”lə məşğuldur: “Rusiyada isə insanlar könüllü olaraq müharibəyə gedirlər. İndi orada 30 min insanı tuturlar, zorla cəbhəyə göndərirlər, amma burada 50-60 min nəfər bizə müraciət edir ki, cəbhəyə getsinlər”.

Lakin bu bəyanatlar Qərb kəşfiyyatının qiymətləndirmələri ilə ziddiyyət təşkil edir. “The Wall Street Journal” ABŞ və Avropa İttifaqı kəşfiyyatı ilə tanış olan mənbələrə istinadən yazır ki, Rusiya ordusunda həqiqi hərbi xidmətə yeni qəbul edilənlərin sayı ayda 30-40 min nəfər arasındadır. Qoşunlara qoşulmaq üçün əsas stimul səxavətli nağd ödənişlərdir. Bundan əlavə, islah müəssisələrində orduya qəbul aktiv şəkildə aparılır. Lakin bu tədbirlər yalnız Britaniya kəşfiyyatının hesablamalarına görə, üç ildən artıq davam edən müharibədə bir milyon insanın öldüyü və yaralandığı cəbhədəki irimiqyaslı itkiləri bərpa etməyə imkan vermir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş