Strateji qüvvələr müharibədə nüvə silahının tətbiqi üçün nəzərdə tutulub
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.
AYNA Rusiya mediasına istinadən bildirir ki, Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
Rusiya lideri deyib ki, Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəsinə qarşı qeyri-dost addımlar atmır: “Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər”.
Rusiya Müdadfiə Nazirliyinin saytında bildirişində deyilir ki, strateji qüvvələr Rusiyaya və müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq üçün, həmçinin təcavüzkarın darmadağın edilməsi, o cümlədən müharibədə nüvə silahının tətbiqi üçün nəzərdə tutulub.