Putin Kim Çen İni medalla təltif etdi - <font color=red> FOTO</font>

Dünya

05.05.2020 - 13:18

Rusiya Prezidenti Şimali Koreya liderinə “Böyük Vətən Müharibəsinin 75 illiyi” medalını təqdim edib

 

Rusiya Prezidenti Vladimir Putin son günlərdə gündəmdən düşməyən Şimali Koreya lideri Kim Çen İnə “Böyük Vətən Müharibəsinin 75 illiyi” medalını təqdim edib. AYNA xəbər verir ki, medalın Kim Çen İnə müharibə zamanı Şimali Koreyadan ölən əsgərlərin xatirəsinə görə, verildiyi bildirilib.

 

Rusiyanın Şimali Koreyadakı səfirliyinin sosial media hesabında medalın Şimali Koreyanın xarici işlər naziri Le Son Gvona səfir Aleksandr Matsegora tərəfindən təqdim edildiyi açıqlanıb.

 

Qeyd edək ki, 1950-1953-cü illər arasında Koreyanın parçalanması ilə nəticələnən müharibədə SSRİ Şimali Koreyaya böyük hərbi və iqtisadi dəstək verib.

Müəllif: Ayna.az