Rusiya Prezidenti Cənubi Afrikaya getməyəcək
Rusiya prezidenti Vladimir Putin “qarşılıqlı razılaşma əsasında” avqustda Cənubi Afrikada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək. Sammitdə Rusiya Prezidentinin əvəzinə xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.
AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Afrika Prezidentinin ofisinin bəyanatına istinadən bildirib.
Cənubi Afrika sammitə ev sahibliyi etməkdə dilemma ilə üzləşmişdi. Çünki Putin sammitə qatılacağı təqdirdə Cənubi Afrika Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi Rusiya Prezidentini müharibə cinayətlərinə görə həbs etməli olacaqdı.
Xatırladaq ki, Sammitdə Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın liderləri iştirak edəcəklər.
Qeyd edək ki, BCM bu ilin martında Putinin həbsinə order verib.