“Kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil”
Rusiya ABŞ-da daxili-siyasi mübarizənin başa çatmasını gözləyir. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiya lideri ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydeni hələ təbrik etməməsində heç bir gizli səbəb olmadığını qeyd edib.
“Sizi əmin etmək istəyirəm ki, burada heç bir gizli səbəb yoxdur. Kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil. Biz daxili siyasi mübarəzinin başa çatmasını gözləyirik. Rusiya ABŞ xalqının etimad göstərdiyi istənilən insanla çalışacaq”, - deyə Putin vurğulayıb.
Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin nəticəsinə görə, Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib. Amma Prezident Donald Tramp nəticələrlə razı deyil.