Rusiya Prezidenti: “Priqojin dinlədikdən sonra dedi ki, uşaqlar belə bir qərarla razı deyillər”
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin komandirlərinə ordu tərkibində xidmət etmək təklifindən imtina edib. AYNA xəbər verir ki, bu barədə dövlət başçısı “Kommersant”a müsahibəsində bildirib.
Rusiya lideri qeyd edib ki, o, “Vaqner” muzdlularının işlə təmin olunmaq üçün bir neçə variant təklif edib: “O cümlədən bir yerə toplaşaraq Sedo çağırış işarəsi ilə komandirin rəhbərliyi altında xidmətə davam edə bilərdilər. Və onlar üçün heç nə dəyişməzdi. Onlara bütün bu müddət ərzində həqiqi komandiri olan eyni şəxs rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi”, - Putin bildirib.
Lakin Putinin sözlərinə görə, komandirlərin qarşısında əyləşən Priqojin bunu görməyib: “Priqojin dinlədikdən sonra dedi ki, uşaqlar belə bir qərarla razı deyillər”.
Qeyd edək ki, iyunun sonunda Rusiya Prezidenti “Vaqner”ə qiyamın uğursuzluğundan sonra gələcək üçün mümkün variantlardan biri kimi Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı təklif edib.