Prezidentin köməkçisindən Ordubada raket atılmasına <font color=red> REAKSİYA</font>

Siyasət

16.10.2020 - 14:53

Hikmət Hacıyev: “Ermənistan var qüvvəsi ilə münaqişənin coğrafiyasını genişləndirmək istəyir”

 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirməsindən bəhs edib. AYNA xəbər verir ki, bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

 

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Bu onu göstərir ki, Ermənistan var qüvvəsi ilə münaqişənin coğrafiyasını genişləndirmək istəyir. Hərbi fəaliyyətlər teatrından kənarda Azərbaycan şəhərlərinə raket atılır. Bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə Prezidentin köməkçisi bildirib.

Müəllif: Ayna.az