Prezidentin köməkçisindən cəbhədəki əməliyyatlar barədə <font color=red> AÇIQLAMA</font>

Aktual

27.09.2020 - 14:41

Hikmət Hacıyev: “Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirir”

 

“Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatları barədə xalqa müraciətində Ermənistanın niyyətləri barədə ölkə ictimaiyyətini məlumatlandırıb”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə söyləyib.

 

Hacıyev xatırladıb ki, bu gün səhər 06:00 radələrində Ermənistan silahlı bölmələri cəbhəboyu zonada mövqelərimizi və mülki insanları artilleriya qurğularından atəşə tutub: “Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirir. Bu əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Onu da bildirim ki, Azərbaycan əhalisi arasında yüksək əhval-ruhiyyə var”.

 

Azərbaycanda internetə girişin məhdudlaşdırılması barədə danışan Prezidentin köməkçisi qeyd edib ki, bu, müvəqqəti xarakter daşıyır: “Hərbi reallıqda günün edirik ki, əhali bunu anlayışla qarşılayacaq. Vətəndaşlarımıza müraciət edirəm, yalnız rəsmi məlumatlara inansınlar”.

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib. Təhlükəsizlik şurasının iclasında Baş Nazir, Milli Məclisin spikeri və digər aidiyyəti strukturların rəhbər şəxsləri də iştirak edib. Dövlət başçısı tərəfindən aidiyyəti strukturlara real vəziyyətlə əlaqəli olaraq lazımi tapşırıqlar verildi. Hər bir dövlət qurumu da bu istiqamətdə öz fəaliyyətini davam etdirməkdədir. Düşmənin bu kimi təxribatlarının qarşısının alınması, Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarşıya qoyulan tapşırığın effektiv şəkildə həyata keçirilməsi istiqamətində hamımızın dəstəyi və səfərbərliyi vacib məqamdır”, - deyə Hacıyev bildirib.

Müəllif: Ayna.az