Prezidentin köməkçisi Ermənistanı Xocalı soyqırımına görə üzr istəməyə çağırıb

Xəbərlər

25.02.2022 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

“Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”

“Xocalı həm də Ermənistan dövlətinin məğlubiyyəti idi, bir dövlət kimi mənəvi əsaslarını itirdilər”.

AYNA-nın xəbərinə görə, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir: “Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş