Prezident və birinci xanımı Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfər edib.
AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.
