Prezidentdən Xələf Xələfovla bağlı SƏRƏNCAM

Xəbərlər

24.07.2023 - 14:46

cedabet dərman SEO Xidməti

XİN başçısının müavini vəzifəsindən azad edildi, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olundu

Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1158 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 878) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidnetin digər Sərəncamı ilə X.Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş