Prezidentdən hərbi birlik komandirlərinə təbrik

Xəbərlər

26.10.2020 - 16:11

Ali Baş Komandan Qubadlının azad edilməsində fərqlənən komandirləri təbrik edib

 

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

Müəllif: Ayna.az