Milli Məclis Aparatının rəhbəri “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
Prezident İlham Əliyev Səfa Abbas oğlu Mirzəyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Sərəncama əsasən, Səfa Mirzəyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, S.Mirzəyev Milli Məclis Aparatının rəhbəridir.