Prezident sabiq nazirə yüksək vəzifə verdi - <font color=red> SƏRƏNCAM</font>

Xəbərlər

26.01.2021 - 15:52

Ramin Quluzadə Prezidentinin İşlər müdiri təyin edilib

 

Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib. AYNA Prezidentin rəsmi saytına istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

 

Qeyd edək ki, R.Quluzadə bu gün Prezidentin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Müəllif: Ayna.az