Prezident Qazaxa səfər edib

Xəbərlər

07.08.2023 - 11:02

cedabet dərman SEO Xidməti

İlham Əliyev açılışlarda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

AYNA xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Ölkə başçısı Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

Daha sonra Prezident Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

İlham Əliyev “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

Prezident Qazaxa səfər edib Prezident Qazaxa səfər edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş