İlham Əliyev azad olunmuş ərazilərdə bir sıra obyektlərin tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri və Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olub.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.





