Prezident İlham Əliyev fərman imzalayıb

Xəbərlər

05.07.2022 - 18:50

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Turizm Agentliyi sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş