Prezident iki ölkəyə yeni səfir təyin edib

Xəbərlər

10.10.2023 - 19:41

cedabet dərman SEO Xidməti

Azərbaycanın Hindistana və Efiopiyaya yeni səfiri təyin olunub

Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyevin Sərəncamı ilə Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş