Prezident: "Ermənistan hökuməti sülh gündəliyini elan edib"

Xəbərlər

29.04.2022 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Ermənistan tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir”

“Biz eşitmişik ki, Ermənistan hökuməti sülh gündəliyini elan etmişdir. Bu, çox mühüm bir məsələdir. Eyni zamanda, biz konkret işlər, tədbirlər də görməliyik. Düşünürəm ki, hazırda biz bu tədbirləri görürük, Ermənistan hökuməti tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir”.

AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu bəyanatlar yeni reallıqlara və heç şübhəsiz, beynəlxalq hüquq prinsiplərinə əsaslanır ki, biz hər zaman bu prinsipləri təbliğ etmişik: “Reallıqlar dəyişdikdən bəri bu reallıqlar artıq vasitəçilər tərəfindən qəbul edilməkdədir”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş