Portuqaliya ikinci dəfə Avropa çempionu oldu

İdman

07.02.2022 - 05:38

Həkimlər Klinikalar SEO Xidməti

Niderlandda futzal üzrə  təşkil olunan Avropa çempionatı başa çatıb

Niderlandda futzal üzrə  təşkil olunan Avropa çempionatı başa çatıb.

AYNA xəbər verir ki, Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş