Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək

Dünya

19.01.2020 - 11:54

cedabet dərman SEO Xidməti

ABŞ dövlət katibi Almaniyada bir sıra görüşlər keçirəcək 

 

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Aİ, Misir, Türkiyə, Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə görüşəcək.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

 

Qeyd olunub ki, Pompeo öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə görüşəcək.

 

Bundan başqa amerikalı diplomatın Türkiyə, Almaniya və BƏƏ xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Heiko Maas, Abdulla ibn Zayd ilə görüşün keçirilməsi də nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş