Polşanın Prezidenti kim olacaq? - “Exit-poll” Duda deyir

Dünya

13.07.2020 - 11:38

İki namizəd arasında səs fərqi azdır

 

Polşada keçirilən Prezident seçkilərinin ikinci turunda aparılmış sorğuların nəticələrinə görə, namizəd Andjey Duda rəqibi Rafal Tşaskovskini üstələyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, seçki nəticələri bu gün axşam açıqlanacaq.

 

Amma müşahidəçilər və aparılan sorğular hazırki Prezident, mühafizəkar Andjey Dudanın qələbəsinə inam yaradır. Lakin iki namizəd arasında səs fərqi azdır.

 

İpsos institutunun apardığı sorğuya əsasən, Andjey Duda seçicilərin səslərinin 50,8 faizini, Rafal Tşaskovski isə 49,2 faizini toplayıb. Rəsmi nəticələr isə bu gün axşama doğru məlum olacaq.

Müəllif: Ayna.az