Polşa Rusiya və Belarusdan olan yük maşınlarına sərhədini bağlayır

Dünya

29.05.2023 - 22:34

Polşa yeni qərar qəbul edib

Polşa Belarusla sərhədini bağlayır. AYNA xəbər verir ki, bu barədə Polşa hökuməti məlumat yayıb.

İyunun 1-dən Rusiya və Belarusda qeydiyyatda olan yük maşınlarının Polşaya girişi qadağan olunur.

“İyunun 1-i (cümə axşamı) sat 00:00-dan etibarən Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular və avtomobil qatarları üçün Belarus Respublikası ilə sərhəddən yüklərin daşınması; növbəti xəbərdarlığa qədər dayandırılacaq”, - deyə sənədin mətnində deyilir.

Müəllif: Ayna.az