Sərhəddə səddin tikintisini başa çatdırılıb
Polşalı inşaatçılar Belarusla sərhəddə beş metr hündürlüyü olan səddin tikintisini başa çatdırıblar. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, səddin mövcudluğu Afrika və Yaxın Şərqdə artan aclıq təhlükəsi şəraitində daha aktuallaşıb: "Avropa İttifaqının sammitində Cənubi Avropa ölkələrinin baş nazirləri aclıq dalğası ilə bağlı artan miqrasiya təzyiqi barədə narahatlıqlarını ifadə edirdilər. Bu sədd Polşa sərhədini etibarlı şəkildə qorumaq üçün lazımdır”.
Qeyd edək ki, Polşa Belarusla sərhəd boyu səddin çəkilməsinə bu ilin yanvarın 25-dən başlamışdı.