Polis heroin satan şəxsi yaxalayıb

Xəbərlər

18.08.2021 - 19:20

Həkimlər Klinikalar SEO Xidməti

Şabran polisi əməliyyat keçirib

 

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Elxan Dadaşov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşovun həmyerlisi Elşən Ələsgərova narkotik vasitə hesab edilən heroin satdığı aşkar edilib.

 

Faktla bağlı istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş