PKK-nın 6 yaraqlısı məhv edilib

Dünya

08.06.2020 - 08:20

cedabet dərman SEO Xidməti

Türkiyə hərbçilərinin antiterror əməliyyatları davam etdirilir

 

Türkiyə hərbi qüvvələri antiterror əməliyyatlarını davam etdirir. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, Tunceli vilayətinin Ovacık bölgəsində mayın 31-dən davam etdirdiyi antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 6-ya çatıb.

 

Hava qüvvələrinin dəstəyi ilə keçirilən əməliyyatda məhv edilən terrorçular silahlı olublar. Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalındakı Avaşin bölgəsində 4 PKK terrorçusu məhv edilib.

 

Suriyanın Tel Abyad bölgəsində isə bomba yüklü motosikletlə mülki insanları hədəfə almağı planlaşdıran PKK/YPG terror təşkilatının üzvü yaralı olaraq Türkiyə hərbçiləri tərəfindən yaxalanıb. Terrorçulara qarşı əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş