PKK 9 mülki vətəndaşı qətlə yetirib, onlarla yaralı var

Dünya

11.11.2019 - 17:12

Terror aktı Tel Abyadın ən böyük yaşayış məntəqələrindən birində törədilib

 

Suriyanın Tel Abyad şəhərində növbəti dəfə terror hadisəsi baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

 

“Sülh çeşməsi” əməliyyatı ilə Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən təmizlənən ərazi, yenə də PKK/YPG terrorçularının hədəfinə çevrilib.

 

İlkin məlumatlara görə, hücum Tel Abyadın ən böyük yaşayış məntəqələrindən sayılan Suluk qəsəbəsinin mərkəzində həyata keçirilib. 9 nəfərin dünyasını dəyişdiyi terror aktı, 30 nəfərin də xəsarət almasına səbəb olub.

Müəllif: Ayna.az