Piyada keçidlərindən istifadə etməyənlər barəsində tədbir görüldü

Xəbərlər

22.08.2022 - 03:51

Həkimlər Klinikalar SEO Xidməti

Zaqatala polisi profilaktik tədbirlər keçirib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki avtomobil yollarında təhlükəsizliyin artırılması,piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan şəxslər saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə ətraflı məlumat verilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş