Peruda ticarət mərkəzinin damı uçub: 8 nəfər ölüb, 80 nəfər yaralanıb - FOTOLAR

Dünya

23.02.2025 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb

Cənubi Amerika ölkəsi Peruda bir alış-veriş mərkəzinin tavanının çökməsi nəticəsində görə 8 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

AYNA xəbər verir ki, Peru Daxili İşlər Nazirliyi, ölkənin üçüncü böyük şəhəri olan Truxillodaki alış-veriş mərkəzinin tavanının çökməsi hadisəsi barədə açıqla verib.

Açıqlamada bildirilir ki, hadisədə 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, 80 nəfər yaralanıb: “Dağıntılar altında qalan bütün şəxslərin xilas edilməsi üçün başda yanğınsöndürənlər olmaqla bütün axtarış-xilasetmə qrupları səfərbər edilib. Bu faciəvi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb”.

Fövqəladə Hallar Əməliyyat Mərkəzinin (COER) açıqlamasında, tavanın bir hissəsinin hələ də yerində olduğu, lakin çökmə riskinin davam etdiyi bildirilib.

Tavanın, uşaq əyləncə parkı və kinoteatrların da yerləşdiyi restoranın üzərinə düşdüyü üçün ölü sayının artacağı gözlənilir.

Peruda ticarət mərkəzinin damı uçub: 8 nəfər ölüb, 80 nəfər yaralanıb - Peruda ticarət mərkəzinin damı uçub: 8 nəfər ölüb, 80 nəfər yaralanıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş