Pentaqon Trampın çağırışının tərəfdarı deyil

Dünya

04.06.2020 - 13:04

“Pentaqondan yalnız son vasitə və ən təcili vəziyyətlərdə istifadə edilməlidir”

 

ABŞ-da baş verən etirazların qarşısını almaq üçün Pentaqondan istifadə olunmasını dəstəkləmirik. AYNA xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazizi Mark Esper “CNN”-ə açıqlamasında deyib.

 

Esper prezident Donald Trampın ordunun nizam-intizamını pozmaq cəhdlərindən danışıb: “Pentaqondan yalnız son vasitə və ən təcili vəziyyətlərdə istifadə edilməlidir. Hazırda biz bu vəziyyətlərdən birində deyilik. Mən çağırışın tərəfdarı deyiləm”.

 

Qeyd edək ki, Ağ Evin mətbuat katibi məsələ ilə bağlı Trampın açıqlama vermədiyini bildirib.

Müəllif: Ayna.az