“Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiq etmək üçün buradayam”
ABŞ müdafiə naziri Lloyd Austin Ukraynaya işgüzar səfəri ilə bağlı “Twitter” hesabında paylaşım edib. AYNA-nın xəbərinə görə, Austin Kiyevə səfəri ilə mesajında qeyd edib ki, Vaşinqton Rusiyanın Donbassa qarşı təcavüzünə müqavimət göstərməyə hazırdır.
“Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə sarsılmaz dəstəyimizi bir daha təsdiq etmək üçün buradayam”, - deyə Pentaqon rəhbəri qeyd edib.
O, ABŞ-ın Ukraynanın müdafiəsini gücləndirməyə sadiq qaldığını və Kiyevə səfəri ilə ABŞ hakimiyyətinin mövqeyini açıqlayıb.
Qeyd edək ki, dünən Austin Gürcüstanda səfərdə olub. Tiflisə Gürcüstan hərbi komandanlığı ilə görüşdə tərəflər hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri və ölkənin müdafiə potensialını müzakirə ediblər. Pentaqon rəhbəri Gürcüstanda hərbi bazalardan birini ziyarət edib, ABŞ və Gürcüstan hərbçilərinin birgə təlimlərini izləyib.