Pedaqoji Universitetdə 19 qrup distant təhsilə keçib

Xəbərlər

25.10.2021 - 19:17

“Həmin qruplardan 4-ü artıq əyani dərslərə qayıdıb, bir neçəsi isə bu həftə qayıdacaq”

"Tədris ili başlayandan Azərbaycan Dövlət Pedaqoji Universitetində 19 qrup distant təhsilə keçib". AYNA xəbər verir ki, bu barədə APA-ya Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin qruplardan 4-ü artıq əyani dərslərə qayıdıb, bir neçəsi isə bu həftə qayıdacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20363 nəfər tələbə təhsil alır.

Müəllif: Ayna.az