Baş nazirin “divar dibində ulayan” ifadəsi narazılıqları şiddətləndirib
Ermənistanda Baş nazir Nikol Paşinyanın açıqlamasından sonra onun yaxın ətrafında olan vəzifəlilər istefa verməyə başlayıb. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, artıq hakim “Mənim addımım” Partiyasından üç deputat istefa verdiklərini açıqlayıblar.
Belə ki, Qayane Abrahamyan, Taquhi Tovmasyan və Lusine Badalyan “Facebook”da istefa verdiklərini yazıblar.
Tovmasyan hesab edir ki, Paşinyan dialoq yolu ilə gərginliyi yumşaltmaq əvəzinə səhv ardınca səhv edir. Baş nazirin müavini Varaq Siseryan da sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini bildirib.
Qeyd edək ki, Paşinyan divar dibində ulayan adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.