Paşinyan: “Vaşinqtonda masa üzərində sənəd var”

Xəbərlər

04.05.2023 - 12:09

cedabet dərman SEO Xidməti

“Müzakirə olunan sənədi imzalayacağam”

“Vaşinqtonda danışıqlar masası üzərində sənəd var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deputatların suallarını cavablandırarkən deyib.

“Nümayəndə heyətimizdən xahiş etdim ki, müzakirə olunan sənədi mənim tərəfimdən imzalayacağım bildirilsin. Mən onlardan xahiş etdim ki, bizim açıq şəkildə ifadə olunan mövqelərimiz və siyasi kursumuz çərçivəsində sərbəst şəkildə dialoq aparsınlar”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Vaşinqtonda 4 gündür Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə sülh danışıqları keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş