Paşinyan Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib

Xəbərlər

24.04.2025 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

"Baş nazir bu cür praktikaları pisləyir, onları məsuliyyətsiz və qəbuledilməz hesab edir”

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda “soyqırım qurbanlarının” xatirəsinə keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Onun sözlərinə görə, Paşinyan bunu təxribat adlandırıb.

"Baş nazir Paşinyan bu cür praktikaları pisləyir, onları məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı tərəfindən başqa cür yanaşmaq olmaz. Bu, təxribatçı və qızışdırıcı praktikadır", - Bağdasaryan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş