“Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır”
“Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunun açılışında deyib.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 80 faizi razılaşdırılıb.
“Biz təklif edirik ki, razılaşdırılanları imzalayaq, fundamental sənədimiz olsun. Sonra qalan məsələlər üzrə müzakirələr davam etdirilsin”, - Baş nazir vurğulayıb.
Paşinyan sülh müqaviləsinin razılaşdırılmış mətnini tezliklə imzalamağa hazır olduğunu təsdiqləyib.