Paşinyan: "Salam verməyəcəyimi, yoxsa Lukaşenkodan qaçacağımı dedim?"

Dünya

15.10.2026 - 23:57

“Dedim ki, Belarusa getməyəcəyik və getmədik”

“Ermənistan beynəlxalq tərəfdaşları ilə həmişə diplomatik nəzakət çərçivəsində qarşılıqlı əlaqədə olur - bəzən daha çox, bəzən daha az”.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan jurnalistlərə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təmasları barədə şərh edərkən deyib.

“Müəyyən bir format var, işləyirik. Salam verməyəcəm, yoxsa sadəcə görüşməkdən yayınmaq üçün marşrutumu dəyişəcəm? Lukaşenkodan qaçacağımı dedim? Dedim ki, Belarusa getməyəcəyik və getmədik”, - deyə Paşinyan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş