Paşinyan Parisdə etirazla qarşılandı –<font color=red> “Kapitulyator!” </font>

Dünya

02.06.2021 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

“Ermənistan diasporunu bölən Baş nazir istəmirik”

 

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransadakı erməni diasporu tərəfindən etiraz aksiyaları ilə qarşılanıb. AYNA erməni mediasına istinadən bildirir ki, aksiyaçılar əllərində "Kapitulyator!" şüarları yazılmış plakatlarla Paris küçələrində Paşinyanın qarşısına çıxıblar. Bununla Parisdəki erməni icması Paşinyanla görüşü rədd ediblər.

 

Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri, Daşnaksütyun Bürosunun üzvü Murad Papazyan “Joxovurd” qəzetinə deyib ki, Paşinyanın erməni icmasının üzvləri ilə iki formatda görüşməyi təklif edib: “Amma mən və digərləri bu görüşdə iştirak etməkdən imtina etdik. Üstəlik, etiraz aksiyalarına qoşulduq”.

 

“Paşinyan diaspora erməniləri ilə problemi olmadığını göstərmək istədi. Seçkilərdən əvvəl bundan öz xeyrinə istifadə etmək niyyətindədir. Ermənistan diasporunu bölən Baş nazir istəmirik. Ümid edirik ki, yenidən seçilməyəcək. Seçkilər nəticəsində Ermənistanın strateji müttəfiqləri ilə, məsələn, Rusiya ilə düzgün əlaqələr qura biləcək güclü bir liderin seçilməsi daha yaxşıdır”, - deyə Papazyan söyləyib.

 

Qeyd edək ki, N.Paşinyan iyunun 1-2 tarixlərində Fransada səfərdə olub. O, Fransada bir sıra rəsmilərlə görüş keçirib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş