Paşinyan: “Eçmiədzindəki qələbə katolikos II Qaregini devirmək üçün mandatdır”

Dünya

17.11.2025 - 12:59

“Səslərinizlə Eçmiədzinin Ana Taxtının Ktriç Nersisyandan azad edilməsi prosesinə mühüm təkan verdiniz"

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasının Vaqarşapatdakı (mənəvi mərkəzi Eçmiədzin olan genişlənmiş bir icma) qələbəsini bütün ermənilərin katolikosu II Qaregini devirmək üçün "mandat" kimi qəbul edir. AYNA.AZ xəbər verir ki, Paşinyan bu barədə sosial mediada yazıb.

"Siz dövlətçiliyimizi, müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı gücləndirmək üçün “Mülki Müqavilə” strategiyasına sarsılmaz dəstəyinizi nümayiş etdirdiniz. Səslərinizlə Eçmiədzinin Ana Taxtının Ktriç Nersisyandan (katolikosun dünyəvi adı) azad edilməsi prosesinə mühüm təkan verdiniz", - deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, “Mülki Müqavilə” Partiyasının Eçmiədzindəki qələbəsi 2026-cı ilin iyun ayında ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıqdır.

Qeyd edək ki, hakim partiya Armavir bölgəsindəki genişləndirilmiş Vaqarşapat icmasında Ağsaqqallar Şurası seçkilərində qalib gəlib. İlkin nəticələrə görə, Paşinyanın partiyası səslərin 48,6%-ni toplayıb və yerlər bölüşdürüldükdən sonra icmanı təkbaşına idarə edə biləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş