Paşinyan bir söz deyir, Xandanyan başqa

Siyasət

28.02.2023 - 18:03

Azərbaycanın daha bir “dəmir yumruğu”na tab gətirməyə hazırdırlarmı?

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşündə Paşinyanın çıxışı bir daha İrəvanın öz iradəsi daxilində Bakı ilə sülh şərhi bağlamaq niyyətində olmadığını göstərdi. Münhendə Paşinyan həm Laçin rayonunda, həm də Zəngəzur dəhlizinin hər iki ucunda keçid məntəqələrinin qarşılıqlı qəbulu ilə bağlı Əliyevin təklifinə cavab vermədi. Bunun əvəzinə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavab verdi.

Beləliklə, 22 fevralda Mirzoyan Lüksemburqun xarici işlər naziri Jan Asselbornla birgə mətbuat konfransı zamanı Ermənistan tərəfinin, nəzarət-buraxılış məntəqələrinin qarşılıqlı qurulması ilə bağlı Azərbaycanın təkliflərini qəbul etmədiyini söylədi.

Bu bəyanatla erməni tərəfi açıq bir şəkildə əvvəllər erməni tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi mövqeyindən imtina etdiyini göstərdi. Axı, Ermənistanla həmsərhəd olan Laçın rayonundakı bir keçid məntəqəsinin qurulmasının təsdiqlənməsi İrəvanın sözlə deyil, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanımağını sübut edərdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində olmadığı üçün bu, İrəvanın ölkəmizə ərazi iddiaları olduğunu göstərir. O iddia ki, yeri gəlmişkən, Ermənistan Konstitusiyasında təsdiqlənir.

Bununla yanaşı, belə bir vəziyyət Ermənistan parlamentinin xarici əlaqələr üzrə Daimi Komissiyasının sədri Sarkis Xandanyana ATƏT-in qış sessiyasında İrəvanın Azərbaycana qarşı ərazi iddiaları olmadığını və ölkələrin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində dinc gündəliyi təşviq etməyə hazır olduğunu bildirməyə mane olmadı.

Bu baxımdan, Ermənistan rəsmilərinin ifadəsini başa düşmək daha da çətinləşir. Paşinyan iddia edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə Alma-AtaA bəyannaməsinə görə tanıyıb. Ancaq eyni zamanda, o, Ermənistan parlamentinin Alma-Ata bəyannaməsini Qarabağın Azərbaycanın bir hissəsi kimi qeydə alınmadığı bir istisna-qeydlə ratifikasiya etdiyini qeyd etmir.

Sonra Mirzoyan tərəfindən uzun bir bəyanat səslənir və Xandanyan isə birdən-birə yenə Ermənistann ərazi iddialarının olmadığını bəyan edir. Bu ifadələrdə məntiqi mahiyyətini tutmaq çox çətindir, xüsusən də onlarda tamamilə məntiq olmadıqda.

Hətta Xandanyanın sonrakı sözləri də onun əvvəlki fikirlərini təkzib edir. O, Ermənistanın Qarabağ münaqişəsini əbədiləşdirmək istəmədiyini və Cənubi Qafqazdakı düşmənçilik və zorakılığı aradan qaldırmaq üçün dünya birliyinin dəstəyinə ehtiyac olduğunu bildirdi.

Dünya ictimaiyyətinin dəstəyinin, xüsusən də dünya güclərinin Bakı və İrəvanı birbaşa dialoqa çağırması fonunda dünya birliyinin dəstəyinin nə əlaqəsi var? İrəvandan, yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh müqaviləsinin imzalanması tələb olunur. Bununla da Ermənistan-Azərbaycan münaqişəsi ilə başa çatacaq.

Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə sözləri ilə bağlı bəyanatlara gəlincə, İlham Əliyev dəfələrlə bəyan edib – onlar ölkəmizin qalan hissəsi ilə eyni hüququ olan Azərbaycan vətəndaşlarıdır.

Əgər Xandanyan deyirsə ki, yaşına görə münaqişə ondan daha yaşlıdır  və bu yükü növbəti nəsillərə buraxmamaq üçün problemin sürətli bir həlli tələb olunur, o zaman niyə Ermənistan hakimiyyəti bölgədəki sülh və sabitlik naminə hər bir işə başlanğıc üçün birbaşa addım atmaqdan yayınır?

Bu sualın cavabı çox sadədir. Ermənistan rəhbərliyinin münaqişə bəyanatları Azərbaycanda heç bir şübhə yaratmır ki, 44 günlük müharibədə qalib gələn və münaqişəni yekunlaşdırmağa çalışan Azərbaycana siyasi manipulyasiyalardan istifadə edərək, öz şərtlərini diktə etmək üçün dəridən-qabıqdan çıxır.

Bu yolu əsas götürən İrəvan rəsmilərinin Ermənistanın belə dağıdıcı siyasətinin nələrə gətirib çıxaracağı barədə özlərinə hesabat verməli və bir suala cavab verməlidirlər - Azərbaycanın daha bir “dəmir yumruğu”na tab gətirməyə hazırdırlarmı?

Müəllif: Asif Aydınlı