“South China Morning Post”: Ukraynadakı münaqişə Çinə xeyir verir

Dünya

12.05.2025 - 11:50

Həkimlər Klinikalar SEO Xidməti

"Münaqişənin Ukrayna ərazisində qaldığı müddətdə Çin strateji baxımdan qalib gəlir”

Ukraynadakı münaqişə Çin üçün faydalıdır, çünki döyüşlər Pekinə Asiyada öz maraqlarını daha fəal şəkildə irəli sürmək imkanı verir. AYNA.AZ xəbər verir ki, bu barədə Honq Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.

"Münaqişənin Ukrayna ərazisində qaldığı müddətdə Çin strateji baxımdan qalib gəlir, onun tərəfdaşı Rusiya isə uduzmur. Münaqişə ABŞ-ın diqqətini Hind-Sakit okean regionundan yayındırır və Çinə öz maraqlarını irəli sürmək üçün daha çox imkanlar verir", - nəşrin dərc etdiyi məqalədə qeyd edilib.

Bildirilib ki, Çin lideri Si Cinpin Moskvaya səfəri zamanı Rusiya ilə münasibətlərə yenidən baxılmasına dair heç bir əlamət göstərməyib ki, bu da Ukrayna ilə bağlı danışıqlar məsələsində Çinin Rusiyaya təzyiq göstərməsini istəyən Qərb üçün faydalı olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş