Hərbçilər Naxçıvanda müştərək komanda təlimi keçiblər
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda müştərək komanda təlimi keçib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyənin 9-cu Komando Briqada Komandanlığı ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi bölmələri müştərək komanda təlimi icra edib.


