Zelenski üçün “qara qış” gəlir

Siyasət

27.08.2019 - 15:00

Politoloq: “Hələlik parlament seçkisində partiyasının böyük qələbəsi Zelenskinin 100 gündəki yeganə uğuru sayıla bilər”

 

“Vladimir Zelenskinin Ukrayna Prezidenti seçilməsinin 100 günü tamam oldu. Bu 100 gün haqqında nə demək olar? Zelenski Prezident seçiləndən sonra parlamenti buraxaraq erkən seçkilər təyin etdi və onun “Xalqın xidmətçisi” partiyası böyük səs çoxluğu ilə qələbə qazandı. Zelenski doğru gediş etdi. Çünki, o, parlament seçkilərinin keçiriləcəyi oktyabr ayını gözləsəydi, özünün və partiyasının reytinqinin enməsi ehtimalı var idi ki, payızda daha az səslə qələbə qazana bilərdi”.

 

AYNA xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şəxsi “Facebook” hesabında paylaşıb. Onun fikrincə, hələlik parlament seçkisində partiyasının böyük qələbəsi Zelenskinin 100 gündəki yeganə uğuru sayıla bilər: “Zelenski hələ Baş Nazir təyin etməyib və iqtisadi islahatlara başlamayıb. İtirilən torpaqların necə geri qaytarılacağı sualı da açıq qalır”.

Ayna.az