Seçkilərdə iştirak, yoxsa boykot: <font color=red> Müxalifət yenə yolayrıcında</font>

Siyasət

04.12.2019 - 16:48

Milli Şura passiv mövqeni seçir, Müsavat düşünür, ReAL isə mübarizəyə hazırlaşır

 

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qərardan sonra, müxalif Milli Şura növbədənkənar Parlament seçkilərini boykot edəcəyini açıqlayıb. Bu bəyanat siyasi dairələrdə birmənalı qarşılanmır. Hazırda cəmiyyətdə, siyasi çevrələrdə “seçki, yoxsa boykot” müzakirələri gedir.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, üzvü olduğu partiyanın növbədənkənar seçkilərlə bağlı qərarını yaxın günlərdə verəcəyini deyib: “Müsavat Partiyası parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi bağlı yaxın günlərdə iclas keçirəcək və iclasda partiyanın mövqeyi bəlli olacaq. Qeyd edim ki, Milli Şura boykot qərarı verməyib, sadəcə seçkilərlə bağlı bir neçə şərt irəli sürüb. Müsavat Partiyasının da bəzi şərtləri var ki, iclas zamanı bu şərtlər açıqlanacaq”.

Mərahim Nəsib