Ötən həftə 156 yanğına çıxış olub

Xəbərlər

12.05.2025 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

44 nəfər xilas edilib

Ötən həftə 156 yanğına çıxış olub, 2 nəfər tüstüdən zəhərlənib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş