Üç qadın namizəd kimi nəzərdən keçirilir: biri Barbara Vudvorddur
Britaniya kəşfiyyat agentliyi Mİ6-nın rəhbəri ilk dəfə qadın olacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, üç qadın namizəd kimi nəzərdən keçirilir. Bunlardan yalnız biri məlumdur - Böyük Britaniyanın Çindəki keçmiş səfiri Barbara Vudvord.
Məqalədə qeyd olunub ki, Vudvord Pekinə simpatiyasına görə tənqid olunur.